Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.

Unikal.org xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.

***12:02

Xalq artisti Arif Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq.

Bu barədə Unikal.org-a  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib:

"Sənətkar bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək".  

*** 11:44

Xalq artisti Arif Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq.

Bu barədə Unikal.org-a Mədəniyyət Nazirliyindən məlumat verilib: "Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq köməklik göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk".

10:42

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lakin sənətkarın dəfn ediləcəyi yer hələ də müəyyənləşdirilməyib. 

Bununla bağlı Unikal.org-a Xalq artistinin yaxın qohumu məlumat verib.

Bildirilib ki, xalq artistinin meyiti həyətdədir: "Hələ də Arif Quliyevn dəfn ediləcəyi yer müəyyənləşə bilmir. Meyit evin həyətində qalıb. Mədəniyyət Nazirliyindən Xalq artistinin harada dəfn ediləcəyi ilə bağlı xəbər gözləyirik. Hələ də onlardan xəbər yoxdur". 

Gülayə  Mecid