Qərbi Kaspi Universiteti 8-31 may 2021-ci il tarixlərində yuxarı sinif şagirdləri və universitetlərin sonuncu kurs tələbələri üçün “Qərbi Kaspi Universitetinə virtual səyahət” layihəsinə start verir. 

Unikal.org xəbər verir ki, layihə hər həftə bir fakültə üzrə onlayn formada Microsoft Teams platforması üzərindən həyata keçirilicək. Layihənin keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlıq müddətində ixtisas və universitet seçimi edənlərə dəstək olmaq və eyni zamanda Qərbi Kaspi Universiteti ilə tanış etməkdir. Layihə çərçivəsində virtual infotur müddətində universitetimizin bakalavr və magistr proqramları ilə tanış olacaqsınız, eyni zamanda rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə əməkdaşlarımız tərəfindən sizləri maraqlandıran suallar cavablandırılacaq və gələcək planlarınızda yardımçı olacaq.

https://forms.gle/VWi541FFsfevYGnS6Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçin, bizimlə birgə Qərbi Kaspi Universitetinə virtual səyahət edin.

Layihəmizə yuxarı sinif şagirdlərini, valideynləri, universitetlərin sonuncu kurs tələbələrini, bir sözlə, universitetimizlə maraqlanan hər kəs dəvətlidir. Gələcəkdə təhsil almaq  istədiyiniz universiteti tanımaq və kəşf etmək üçün bu şansı qaçırmayın.

“Qərbi Kaspi Universitetinə virtual səyahət” layihəsinin tarixləri:

1.      YÜKSƏK TEXNOLOGİYALAR VƏ İNNOVATİV MÜHƏNDİSLİK MƏKTƏBİ – 08.05.2021-Cİ İL, SAAT 16:30
·        Kompüter mühəndisliyi
·        İnformasiya texnologiyaları
·        Cihaz  mühəndisliyi
·        Mexatronika və robototexnika mühəndisliyi
·        Meşəçilik
·        İnformasiya təhlükəsizliyi
·        Mexanika mühəndisliyi
·        Fizika
·        Maşın mühəndisliyi
·        Riyaziyyat
·        Biologiya
·        Su bioehtiyatları və akvakultura
·        Ekologiya
·        Dizayn
2.      SİYASİ VƏ İCTİMAİ ELMLƏR MƏKTƏBİ – 17.05.2021-Cİ İL, SAAT 16:30
·        Politologiya
·        Tarix
·        Fəlsəfə
·        Sosial iş
·        Psixologiya
·        Beynəlxalq münasibətlər
·        Regionşünaslıq 
3.      FİLOLOGİYA VƏ TƏRCÜMƏ MƏKTƏBİ – 24.05.2021-Cİ İL, SAAT 16:30
·        Tərcümə (ingilis, alman, fransız,çin)
·        Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
·        Filologiya (İngilis dili və ədəbiyyatı)
4.      İQTİSADİYYAT VƏ BİZNES MƏKTƏBİ – 31.05.2021-Cİ İL, 16:30
·        İqtisadiyyat
·        Maliyyə
·        Menecment
·        Biznesin idarə edilməsi
·        Turizm işinin təşkili
·        Dövlət və bələdiyyə idarəetməsi
·        Mühasibat
·        Marketinq
·        Beynəlxalq ticarət və logistika

Əlavə məlumat üçün əlaqələndirici şəxs: Urfan Muradlı

Əlaqə nömrəsi: 051 475 90 80 

Elektron poçt ünvanı: [email protected]  

Qeydiyyat linki: https://forms.gle/VWi541FFsfevYGnS6