Ermənistanın paytaxtı Yerevanın Nor Nork rayonunun Moldovakan küçəsində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Unikal.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə mayın 8-də səhər saatlarında qeydə alınıb.

Atışma yerindən avtomat və tapança güllələrinin gilizləri, əzilmiş vəziyyətdə “Mersedes S 500” markalı avtomobil aşkarlanıb.

Polis hadisənin səbəbini, ölən və yaralananlaın kimliyini araşdırır.