Azərbaycan Turizm və Menecment Universiteti ilə Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti arasında onlayn tədbir olub.  Onlayn tədbir Azərbaycan Turizm və Menecment Universiteti, Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universiteti və Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti arasındakı yeni əməkdaşlıq müqaviləsinə əsasən keçirilib.

Unikal.org xəbər verir ki, Özbəkistan  Respublikasının Dövlət İqtisadiyyat Universitetinin əməkdaşları Otabek Kasimov və Ahmed Aziz tərəfindən Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil alan tələbələr üçün “İnkişaf etməkdə olan bazarlarda iş etikası” mövzusuna dair ustad dərsi iştirakçılar tərəfindən maraqla dinlənilib.

Onlayn tədbir tələbələrin çoxsaylı suallarına mütəxəssis cavablari ilə yekunlaşıb.