Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsi məzunlarını bir araya gətirən “ATMU Məzun Paneli” adlı onlayn tədbir baş tutdu. Müzakirə formatındakı görüşdə universitetin məzunları çıxış edərək öz fəaliyyət sahələri ilə bağlı təcrübələrini bölüşdülər.

Unikal.org xəbər verir ki, tədbirdə “Azərbaycanda Otel sahəsinin bugünki vəziyyəti, reallıqlar və perspektivlər”, “Pandemiya dövründə turizmin üzləşdiyi problemlər və həlli yolları”, "Turizm bələdçisi, Peşəkar Turizm Bələdçiləri Assosiassiyaları və yeni strategiyalar”, “Turizmin inkişafında düzgün məzmunun rolu”, “Otel İdarəçiliyi və Krizis Menecment” və “Turizmdə peşəkar kadrların yetişdirilməsində ali təhsilin rolu” kimi mövzular ətrafında maraqlı müzakirələr aparıldı. 

Görüşün sonunda ATMU məzunları iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırdılar. 

“ATMU Məzun Paneli”nin davamlı fəaliyyət göstərməsi nəzərdə tutulub.