Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub. Milli komandamıza növbəti vəsiqəni güləşçimiz Elis Manolova qazandırıb. 

Tokio Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Boqarıstan əsilli güləşçinin dəniz kənarında çəkdirdiyi fotoları da diqqət çəkib.

Unikal.org xəbər verir ki, onun bu görntüsosial şəbəkədə çoxsayda bəyəni alıb.  

Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir. İkinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub. Türkan Nəsirova startda Ekvador güləşçisinə yenilib. Alyona Kolesnik Qırğızıstan idmançısıyla qarşılaşmaya yaxşı başlasa da, ikinci hissədə "tuşe" ilə xalçadan məyus ayrılıb. Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən alman güləşçiyə məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova yunan həmkarını üstələyib. Təmsilçimizin növbəti görüşü daha gərgin mübarizə şəraitində keçib. Argentinalı güləşçi hesabda 2:0 öndə olsa da, Manolova geridönüş edib. Yekunda Elis sonuncu xal prinsipinə əsasən yarımfinala yüksəlib. Həlledici qarşılaşmada Asiya çempionu olmuş Qazaxıstan güləşçisinə gücünü göstərən yığmamızın üzvü   finala adını yazdırmaqla yanaşı, Tokio Olimpiadasına vəsiqəni təmin edib.  

Gözəl Zutova debütdə rumıniyalı rəqibinə uduzub.