"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask "Saturday Night Live" şousunda səhhətindən danışıb.

Unikal.org xəbər verir ki, proqramda aparıcılıq edən milyarder Asperger sindromundan (psixi pozğunluq olub, bəzən autizmin bir forması da hesab edilə bilər) əziyyət çəkdiyini bildirib:

"Bugünki çıxışım tarixidir, çünki "Saturday Night Live"da Asperger sindromu olan ilk aparıcı olacağam. Ən azı bunu etiraf edən ilk şəxsəm".

Qeyd edək ki, Asperger sindromu insanlar normal və yüksək intellektə malik olsalar da, onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur.