Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Aynur Məmmədova (58 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında ispaniyalı rəqibini məğlub edərək qızıl medala sahib olub. Təmsilçimiz qələbə sayəsində Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bu barədə Unikal.org-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 10 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 1).

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.