ABŞ-ın Arizona ştatının Finiks şəhərində “Hyatt Recensi” (Hyatt Regency) otelində baş verən silahlı atışmada bir nəfər ölüb, 7-si xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə yerinə gələn polislər yaralı şəxslərin 18-22 yaş arasında olduğunu müəyyən edib. Yaralıların həyati təhlükəsi olmadığı müəyyən edilib.

İlkin araşdırmağa görə, atışma iki qrup arasında baş verib.