Nigeriyanın mərkəzində Şiroko çayında göyərtəsində 100 sərnişin olan gəmi batıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin fövqəladə hallar üzrə dövlət agentliyinin rəhbəri Əhməd İnqa deyib.

Onun sözlərinə görə, gəminin batması nəticəsində 28 nəfər həlak olub: "Limana 50 metr yaxınlıqda göyərtəsində 100 nəfərin olduğu gəmi batıb. 28 nəfər həlak olub, onların cəsədləri sudan çıxarılıb"

Ə.İnqa qeyd edib ki, 65 nəfər xilas edilib, 7 nəfər isə itkin düşmüş sayılır.