Mayın 10-da Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Maarif Hüseynov, polis şöbəsinin rəisi Seymur Əfəndiyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Faiq Vahabov və rayon ictimaiyyətinin nümayəndələri Daşkəsən şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər. 

RİH-dən Unikal.org-a verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında Əhəd Abıyev deyib: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Məqsədimiz Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdir. Bu gün Daşkəsəndə yüksək ruh yüksəkliyi ilə keçirilən belə aksiyaların davamlı olacağı nəzərədə tutulur”.

Daşkəsən rayon İcra hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları, YAP fəalları və şəhid Elməddin Vəkilovun anası Nərgiz Vəkilovanın təşəbbüsü ilə şəhid valideynləri və qazilər də bu aksiyaya qoşularaq ağac əkiblər.