Bakıda güclü külək nəticəsində ağac avtomobilin üzərinə düşüb. 

Unikal.org xəbər verir ki,  olay Nəsimi  rayon ərazisində baş verib. Belə ki, külək nəticəsində ağac  “Opel"  markalı 99 RF 625 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Seymur Əli