Niderland Krallığının Amsterdam və Leyvarden şəhərlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş poçt markaları çap edilib.

Unikal.org xəbər verir ki, Layverden şəhrində poçt markası "Niderlandda Azərbaycan Evi"nin təşəbbüsü ilə çap edilib. Bu barədə məlumat verən Elxan Mirhəşimli bildirib ki, poçt markasının buraxılması ideyası Niderlandda yaşayan azərbaycanlıların bu tarixi hadisəyə öz töhfələrini bəxş etmək zərurətindən yaranıb.

Amsterdam şəhərində isə markalar bu ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə buraxılıb. S.Rəvanqızı bildirib ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində ümummilli lider Heydər Əliyevlə Prezident İlham Əliyevin birgə şəkli təsvir edilib. Amsterdam şəhərində markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlər göstərmiş nəhəng Azərbaycan siyasətçilərinə cəlb etməkdir. 

Xatırladaq ki, bu ölkədə daha əvvəllər "Xarı bülbül", "Əminə Dilbazi", "Covdət Hacıyev" adlı markalar və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı marka da çap edilib.