İsrailin Qəzza zolağına aviazərbələri nəticəsində 20 fələstinli ölüb, 65 nəfər yaralanıb.  

Unikal.org xəbər verir ki, ölənlərin 9-u uşaq, 1-i qadın olduğu bildirilir. 

Qeyd edək ki, İsrail Qəzza zolağından raket atəşlərinə cavab olaraq "Həmas" qruplaşmasının mövqelərinə zərbə endirir.

***20:54

İsrail qüvvələri Qəzza zolağının Beyt Hanun bölgəsinə 6 raketlə hücum təşkil edib.

Unikal.org xəbər verir ki, hücum nəticəsindən 3-ü uşaq olmaqla 9 nəfər ölüb. 

Qeyd olunur ki,  İsraildə bir neçə şəhərdə həyəcan siqnalı verilib.