Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyənin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Quba rayonuna səfər edib.

Unikal.org  xəbər verir ki, səfər çərçivəsində C.Bağcı bir qrup Türkiyəli iş adamları ilə birgə Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət edib. İlk öncə soyqırım qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, daha sonra səfir və digər qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilib.

Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli kitab-albom, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə təqdim edilib.