Türkiyənin Diyarbəkir şəhərində dəhşətli qətl hadisəsi  baş verib.  

Unikal.org xəbər verir ki, 7 uşaq atası E.K adlı şəxs doğma əmisi  qızını  və onun anasını ov tüfəngi ilə güllələyib. Belə ki, cani şəxs 16 yaşlı əmisi qızı ilə evlənmək istədiyini  bildirib. Yeniyetmə qız və ailəsi bu izdivaca razı olmayanda E.K adlı şəxs onları öldürcəyini  deyib. Zorla əmisi qızını qaçırmaq istəyən şəxs  ailə tərəfindən polislə hədələnib. 

Bundan sonra o, ov tüfəngi  ilə 16 yaşlı qızı və onun anasını güllələyərək, öldürüb. E.K  polis tərəfindən saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib.