Qonşularını narahat edən alkoqollu kişi əl bombası ilə polisi qorxutmaq istəyərkən, əlindəki bomba partlayıb.  O anlar təhlükəsizlik kamerasına əks olunub. 

Unikal.org xəbər verir ki,  hadisə Rusiyanın Spassk-Dalni şəhərində baş verib. Alkoqollu şəxs səs-küyə səbəb olduğu üçün qonşular polisə şikayət ediblər. 

Polis alkoqollu ilə danışmağa çalışsa da, onlar arasında  mübahisə  yaranıb. Daha sonra  şəxs cibindən çıxardığı əl bombası ilə polisi qorxutmağa çalışıb.  Bu zaman bomba onun əlində  partlayıb.  Kişi hadisə yerindəcə  keçinib.