Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

Unikal.org xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

**** 11:49

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada bir müəllim və 8 şagird ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. İlkin məlumata görə, atəş açanlardan biri saxlanılıb. Hazırda uşaqlar evakuasiya olunur.

Olay şəhərin 175 nömrəli məktəbində baş verdiyi güman edilir.