Kazanda orta məktəbə silahlı hücum edən şəxs saxlanılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Tatarıstan prezidenti Rüstəm Minnixanov bildirib.

O, məktəbə silahlı hücum edən şəxslərdən birinin saxlanıldığını, digərinin isə məhv edildiyini qeyd edib.

“Terrorçulardan biri saxlanılıb. Onun 19 yaşı var”, - deyə Rüstəm Minnixanov vurğulayıb.