“Faşizmin qəhrəmanlaşdırılması heç bir şəkildə qəbul edilə bilməz. Ermənistanın BMT qətnaməsinə qoşulmasına baxmayaraq, ölkədə Qaregin Njdenin kultu mövcuddur, küçələr və məktəblər onun adını daşıyır”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bayramovun sözlərinə görə, bu problem Njdenin qəhrəmanlaşdırılması ilə məhdudlaşmır: “Ermənistanda beynəlxalq terrorçular qəhrəmanlaşdırılır, onlardan biri Monte Melkonyandır”.

Nazir Yerevandakı Holokost abidəsinin fevralda təhqir edildiyini və apreldə Mahatma Qandinin abidəsinin yandırıldığını xatırladıb: “Bütün bunlar bu problemin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir. Onlar bunun nə ilə nəticələnəcəyini düşünməlidirlər”.