"Tətil günlərini Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət ərazilərində-milli parklarımızda keçirmək daha zövqlü olacaq, milli parklarımız tətil günlərində ziyarətçiləri  xüsusi proqramlarla qarşılayacaq".  

Unikal.org xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib. 

Onun sözlərinə görə,  parklarda maarifləndirici  tədbirlərin təşkili nəzərdə tutulub.  

“13,14,15 may tarixlərində paytaxta ən yaxın məsafədə yerləşən Abşeron Milli Parkında da ziyarətçilər təbiət gəzintisi ilə birgə maraqlı tədbirlərin iştirakçısı ola biləcək.

Parkda Ailə Biznesinə Asan Dəstək ( ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq. Eyni zamanda,
Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, 
uşaqlar və böyüklər üçün  tədbirlər,  viktorinalar təşkil olunacaq”.

Xidmət rəsmisi hər kəsə bu  tətil günlərini ölkəmizin milli parklarında keçirməyi, açıq havada təbiət gözəlliklərindən zövq almağı tövsiyə edib.