PSJ-nin futbolçusu Neymar birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu, “Yuventus”da çıxış edən Kriştiano Ronaldo ilə birlikdə oynamaq istədiyini deyib:

“Ronaldo ilə birlikdə oynamaq istərdim. Daha əvvəl Lionel Messi ilə oynamışam, indi də Kilian Mbappe ilə bir komandadayam. Lakin hələ Ronaldo ilə birlikdə olmamışam”.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. 29 yaşlı hücumçu bu mövsüm 28 oyunda 16 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.