Türkiyə Super Liqasının 41-ci turunun “Beşiktaş” – “Fatih Karagümrük” matçından sonra gərginlik yaşanıb.

Unikal.org xəbər verir ki, qarşılaşmadan sonra “Beşiktaş”ın futbolçusu Raşid Qezzalın meneceri Hakan Qorxmazla “Fatih Karagümrük”ün futbolçusu Alessandro Ndao arasında mübahisə yaranıb.

24 yaşlı seneqallı hücumçu menecerdən polisə şikayət edib. Qorxmaz polis tərəfindən bölməyə aparılıb.

“Beşiktaş” – “Fatih Karagümrük” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.