29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınır.

Unikal.org xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınır.

Bayram namazı televiziyalar vasitəsilə canlı yayımlanır.

Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.