Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulub. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Daxili İşlərt Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılıb.

Araşdırma aparılır.