Türkiyənin İzmir şəhərində qəribə  olay baş verib.  

Unikal.org xəbər verir ki, restoranların birində aşpaz işləyən qadın müdiri  tərəfindən döyülüb.  Belə ki, buna səbəb qadının iş saatında uzun müddət telefonla danışması olub.  Xəstəxanaya yerləşdirilən qadın müdirini polisə şikayət  edib.  

Qısa zamanda polis  restoran sahibini  saxlayıb. Faktla bağlı araşdırma aparılır.