Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin iki ayaq sümüyü sınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.Belə ki, 1994-cü il təvəllüdlü Güləhmədov Samir Əlikram oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralının hər iki ayaq sümüyü sınıb. O, xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat zamanı sol ayağı amputasiya edilib.