Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının artırılması və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olub.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri bölmələrin təminatını və şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Yeni inşa edilmiş hərbi hissələrə baxış keçirən Müdafiə nazirinə məruzə olunub ki, indiyədək müxtəlif istiqamətlərdə 9 modul tipli və 11 konteyner tipli hərbi hissə şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi üçün istifadəyə verilib.

Hərbi hissələrdə görülən tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və qısa müddətdə başa çatdırılması ilə bağlı göstəriş verib.

***

10:13

Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.

Bu barədə Unikal.org-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.