Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” öz saytında Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırovla müsahibə yayımlayıb.  

Unikal.org xəbər verir ki, müsahibədə pandemiya dövründə aktuallığını artıran təhsilin rəqəmsal transformasiyası və bu sahədə Qərbi Kaspi Universitetinin atdığı addımlar nəzərdən keçirilir. Professor H.Bağırov onlayn tədrisin müvəqqəti həll yolu kimi yox, əslində müstəqil, tədrisin keyfiyyətini ciddi şəkildə artırmaq potensialı olan bir texnologiya kimi dəyərləndirməli olduğunu diqqətə çatdırıb.

Müsahibədə qeyd edilir ki, COVID-19-un ənənəvi təhsili çətinləşdirdiyi bir şəraitdə Qərbi Kaspi Universiteti qısa müddət ərzində bütün resurslarını konsolidasiya edərək tələbələri üçün onlayn tədrisin təşkili üçün lazımi addımları atıb. “Həmçinin onlayn transformasiya tələbələrimiz üçün yeni imkanlar açır. Məsələn, tələbələrimiz indi evlərində oturararaq ABŞ və digər qərb ölkələrinin şirkətlərində onlayn təcrübə keçə bilərlər” – deyə müsahibədə vurğulanır.

Müsahibənin tam versiyası ilə aşağıdakı keçiddən tanış olmaq olar:

https://www.timeshighereducation.com/hub/p/change-good-overcoming-societal-challenges-wake-covid-19