Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə,  Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı X.Əkbərov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.