Sosial şəbəkələrdə qadının fiziki təzyiq məruz  qalması ilə bağlı yayılan görüntülərdə  əks olunan şəxslər məlumdur. 

DİN-dən Unikal.org-a verilən məlumat görə,  hadisə  mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.  

Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər. 

Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

***17:53

Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu Cavadxan küçəsində qəribə olay baş verib. 

Unikal.org xəbər verir ki,  avtomobildən düşərək qaçan qadın kişi tərəfindən zorla saxlanılıb. Həmin anlar anbaan kameralara əks olunub. Belə ki, kişi onu yenidən  avtomobilə doğru aparsa da, ətrafdakı qadınlardan biri  şəxsin qarşısını kəsərək, qadının rahat buraxılmasını tələb edib. Lakin kişi buna məhəl qoymadan qadını zorla avtomobilinə doğru aparıb. 

Faktla bağlı araşdırma aparılır. 

Gülayə Mecid