"Real"ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda komandanı tərk etmək niyyətini açıqlayıb.

Unikal.org xəbər verir ki, informasiyanı "Goal" yayıb.

Mənbə mütəxəssisin "Sevilya" ilə 2:2 hesabıyla bitən oyundan öncə qərarını paltardəyişmə otağında futbolçulara açıqladığını bildirib.

Daha öncə 48 yaşlı fransalının mövsümün sonunda qazanacaqları nəticədən asılı olmayaraq postundan ayrılmaq istədiyi bildirilmişdi.

Qeyd edək ki, Zidan 2019-cu ilin martında yenidən "Real"ın baş məşqçi postuna qayıdıb. Ötən mövsüm onun rəhbərliyi altında çempion olan madridlilər hazırda turnir cədvəlində 78 xalla ikincidir. Lider "Atletiko"nun isə 80 xalı var.