Göyçay rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Aşağı Qaraməryəm kəndində "QAZ" markalı yük avtomobilinin qoşqusunun təkərləri və qoşquya yığılan 2 ton ot bağlaması yanıb. Avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.