Türkiyədə əhalinin sayı 83 milyon 614 min 362 nəfərə yüksəlib.

Unikal.org “Hurriyet”ə istinadən xəbər verir ki, bu, əhalinin qeydiyyatda olduğu ünvana əsasən əldə olunan nəticədən məlum olub.

Bildirilib ki, 2020-ci ilin sonuna olan məlumata görə, 15-24 yaş qrupundakı gənc əhalinin sayı 12 milyon 893 750 nəfər, yaxud ümumi əhalinnin sayının 15,4 faizi olub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin sonuna olan məlumata görə, bu yaş qrupuna aid gənclərin sayı 12 milyon 955 min 672 nəfər olub, yaxud ümumi əhalinin 15,6 faizini təşkil edib. 2020-ci ildə gənc əhalinin 31,3 faizini 20-22 yaş qrupuna aid olub.

Hesablamaya əsasən, Türkiyə əhalisinin 51,3 faizinin kişilər, 48,7 faizini qadınlar təşkil edir.