Koronavirus pandemiyası ilə mübarizə aparmaqda çətinlik çəkən Hindistanda təbii fəlakət ölkəni viran qoyub. 

Unikal.org xəbər verir ki,  ölkənin qərb sahillərində  qeydə  alınan qasırğa səbəbindən bir çox ərazini su basıb, evlər çöküb, ağaclar və elektrik xətləri sıradan çıxıb.

İlkin təsbitlərə görə fırtına nəticəsində ən az 6 nəfər ölüb. Çox sayda itkin olduğu  bildirilir.  Əraziyə xilasedicilır cəlb olunub. Axtarış işləri  davam etdirilir.