Rusiyanın ən böyük şəhərlərindən biri olan Novosibirskdə keçirilən sürətli "məzar qazma yarışması" ölkədə reaksiyalara səbəb olub. 

Unikal.org xəbər verir ki, yarışda 4 nəfərlik 8 komanda iştirak edib.  Rəqiblər, təşkilat daxilində təyin olunan ölçülərə görə təyin olunmuş ərazilərdə məzar qazıblar.  Ən sürətli məzar qazan Omsk komandası, qazıntı işlərini 38 dəqiqə ərzində başa çatdırıb. Komanda üzvləri 30 min Rubl dəyərində qızıl medal mükafatını qazanıblar.