Nigeriya ordusu terror təşkilatı "Boko Haram"a hava hücumu təşkil edib.  

Unikal.org xəbər verir ki, əməliyyatda ən az 40 terrorçu zərərsizləşdirilib. 

Qeyd edək ki, Nigeriyada 2009-cu ildən bəri "Boko Haram" tərəfindən təşkil edilən kütləvi terror aktlarında 20 mindən çox insan ölüb. 

Terror təşkilatı 2015-ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.