Dmanisidə iki gündür davam edən qarşıdurma barışıqla sona çatıb.

Unikal.org xəbər verir ki, ölkənin daxili işlər naziri, hökumət nümayəndələri və din xadimlərinin iştirakı ilə tərəflər arasında barışıq əldə edilib.

Tərəflər məişət zəminində yaranmış problemi dialoq yolu ilə həll etmək qərarına gəliblər.

Xatırladaq ki, ötən gün Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.