Türkiyədə son sutka ərzində 223 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 10 min 174 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 127 min 548, pandemiya qurbanlarının sayı isə 44 min 983 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 961 min 120 pasiyent (son sutkada 13 min 864 nəfər) sağalaraq evə buraxılıb.