Mayın 17-də səhər saat 08:50-də Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Ölüm səbəbinin öyrənilməsi məqsədilə səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət edib.