Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Unikal.org-un məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında", "Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında", "Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" məsələlər müzakirə edilib.

Toplantıda namizədliyi irəli sürülmüş hakimlər iştirak edib. Sənədlər müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.