Bu gün Beyləqan rayonu Ağsaqqallar Şurasının konfransı keçirilib.

Unikal.org xəbər verir ki, iştirakçılar tərəfindən Ümumilli Lider Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyuldu. Beyləqan rayonu Ağsaqqallar Şurasının konfransı Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirildi.

Konfransı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev açdı. Əvvəlcə Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad olundu.Sonra çıxış üçün söz Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanova verildi.Akademik  Əhliman Əmiraslanov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini Əhliman Əmiraslanov həmçinin cənab Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışmış, Onun Ulu Öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulamışdır. Konfransda Rayon Ağsaqqallar Şurasının yeni tərkibi elan olundu. Sədr İmanov Etibar Rəşid oğlu seçildi.