Trolleybus avtobuslarının tellərini fərq edə bilməyən sürücü qəza törədib. 

Unikal.org xəbər verir ki,  hadisə Ukraynanın paytaxtı Kiyevdəki magistral yolda meydana gəlib. Belə ki,  magistral yolda hərəkət edən avtomobil yoldan keçən başqa bir yük maşınının qırdığı trolleybusun elektrik naqillərinə ilişib. Həmin anlar təhlükəsizlik kameralarına əks olunub. 

Qəzaya baxmayaraq,  sürücü hadisə yerindən qaçmağa çalışıb.  Lakin polislər onu yerindəcə  saxlayıblar. Sürücünün içkili olduğu və  naqilləri  görə bilmədiyindən qəza törətdiyi bildirilib.