Bakının Nəriman Nərimanov rayonunda qəza baş verib.

Unikal.org-un məlumatına görə, qəza Ağa Nemətulla küçəsində qeydə alınıb. Belə ki, motosikletin sürücüsü nəqliyyat vasitəsini hərəkətdə olan "Nissan" markalı minik avtomobilinə çırpıb. Qəza nəticəsində "Nissan"ın arxa təkəri partlayıb və nəqliyyat vasitəsinə ziyan dəyib.  Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Famil Fərhadoğlu