Hazırda qeyd olunan küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti çətinləşib:

"Təkcə Heydər Əliyev prospektində (kənar yol şəhər mərkəzi istiqamətində) “Koroğlu” NMM-dən-28 May”-“İçərişəhər” və əks  istiqamətdə hərəkət edən 30-dan artıq avtobus sıxlıqda qalıb.

  • Tbilisi prospekti –20 yanvar dairəsi və şəhər istiqamətində sıxlıq
  • Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti və Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq
  • Ziya Bünyadov prospekti – Poladəritmə zavodunun yanından (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən) 20 yanvar dairəsi istiqamətində sıxlıq
  • Rövşən Cəfərov küçəsi –20 Yanvar dairəsindən  Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
  • Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində sıxlıq
  • Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində sıxlıq
  • Rəşid Behbudov küçəsi –Mərkəzi Bankın qarşısına qədər nisbətən sıxlıq
  • 28 may küçəsi –Rəşid Behbudov küçəsi ilə kəsişməyədək nisbətən sıxlıq
  • Üzeyir Hacıbəyov küçəsi –Cavanşir körpüsünün üstü sıxlıq
  • Afiyəddin Cəlilov küçəsi sıxlıq