Türkiyədə son sutka ərzində 203 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 11 min 937 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 139 min 485, pandemiya qurbanlarının sayı isə 45 min 186 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 971 min 245 pasiyent (son sutkada 10 min 125 nəfər) sağalaraq evə buraxılıb.