Bakının Suraxanı rayonu ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.