Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 10 faizdən çox düşüb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, saat 08:10 (GMT+4) üçün bitkoinin dəyəri 10,42 faiz ucuzlaşaraq 40,5 min dollar təşkil edib.

Qeyd edək ki, saat 08:15-də bitkonin qiyməti 40,4 min dollar səviyyəsində alınıb-satılıb (mənfi 10,55 faiz).