Sabahdan etibarən Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə Unikal.org-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

21 may tarixindən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək. Qatarların sayı saxlanılmaq şərti ilə bəzi reyslərin vaxtında dəyişiklik olunub.