ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Unikal.org xəbər verir ki, nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.

Tərkibində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Michaell Repass, Rocet Kangas və Uermey Cohen olan nümayəndi heyəti Ağdam məscidini ziyarət edib.